Türkiyənin siyasi partiyaları, siyasətçiləri, universitet rəhbərləri, vilayət administrasiyaları, həmkarlar ittifaqları, idman klubları, media orqanları və sıravi vətəndaşları Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü ilə əlaqədar təbrikləri paylaşırlar. Konstitusiya.az xəbər verir ki, müəlliflər Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini “xalqın azadlıq və müstəqillik arzularında tarixi dönüş nöqtələrindən biri” adlandırırlar. Ümummilli Lider Heydər Əliyevin “Bir […]
Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Özbəkistanda səfərdədir. Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra Özbəkistan Həmkarlar İttifaqları Federasiyasında keçirilən görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişafı istiqamətləri müzakirə olunub. Görüşdə ölkələrimiz arasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi […]
Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan hadisələrdən biridir. 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan özünün müstəqil dövlətçilik ənənələrini bərpa edərək yeni tarixi inkişaf mərhələsinə qədəm qoyub. Müstəqilliyin ilk illəri ölkəmiz üçün son dərəcə mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitlə müşayiət olunub. […]
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
Bu il Azərbaycan öz tarixinin taleyüklü hadisələrindən birinin – dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də qəbul edilən Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyub. Ötən dövrdə Azərbaycan mürəkkəb sınaqlardan keçərək siyasi, iqtisadi və hərbi baxımdan güclənib, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edərək beynəlxalq […]
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Konstitusiya.az xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!”.
Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi
Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, təhlükəsizlik çağırışlarının mürəkkəbləşməsi və qlobal iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə formalaşması dövlətlər arasında dialoqun və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq proseslərdə fəal iştirakı, müxtəlif regionlar arasında siyasi və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfələr, eləcə də mühüm beynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslər […]