Ölkəmiz müdrik siyasi təfəkkürə malik, qətiyyətli rəhbərin inamlı siyasi və iqtisadi strategiyasının inkişaf mərhələlərini uğurla keçir

 Son illərdə ölkəmizdə bir sıra Dövlət proqramları qəbul edilib, həmçinin respublikamızın həyatı dərinməzmunlu islahatlarla səciyyələnir.

Ardıcıllıqla aparılan islahatlar, uğurla reallaşdırılan Dövlət proqramları və strateji yol xəritələri öz növbəsində milli iqtisadiyyatımızın inkişafına güclü impuls verib, burada istehsal imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Təsadüfi deyil ki, artıq respublikamızda bir sıra sənaye və kənd təsərrüfatı məhsullarına olan daxili tələbat sırf yerli istehsal hesabına ödənilir, eyni zamanda, Azərbaycanın ixrac imkanları getdikcə genişlənir.
Güclü iqtisadiyyat Azərbaycanın milli maraqlara uyğun müstəqil siyasət aparmasının təməlində dayanan əsas amil qismində çıxış edir. Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında milli iqtisadiyyatın şaxələndirilməsi prioritet hədəf kimi qarşıya qoyulub. Ölkəmiz müdrik siyasi təfəkkürə malik, qətiyyətli rəhbərin inamlı siyasi və iqtisadi strategiyasının inkişaf mərhələlərini uğurla keçir.

Ölkə rəhbərimizi döğum günü münbasibətilə səmimi qəlbdən təbrik edirik!

Vüsal Hüseynov,

Suraxanı RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru