Xalqımız öz Qalib Sərkərdəsi, Müzəffər Komandanı ilə fəxr edir
Respublikamızda yüksək səviyyəli təhsil infrastrukturunun yaradılmasına dövlət tərəfindən böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib. Eyni zamanda, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsinə Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da öz töhfəsini verir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxanalar, idman zalları və geniş meydançalar, eləcə də avtonom istilik sistemi yaradılıb. Ulu Öndərimizin adını daşıyan Fond həmçinin “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində də ölkəmizdə təhsil infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasına özünün sanballı töhfələrini verir.
Ölkədə yetişməkdə olan gənc nəslin təhsilinə və inkişafına dövlətimiz tərəfindən göstərilən qayğıdan əminliklə razılığımızı bildiririk.
Fürsətdən istifadə edib cənab prezidenti doğum günü münasibətilə təbrik edirik. Xalqımız öz Qalib Sərkərdəsi, Müzəffər Komandanı ilə fəxr edir.
Ayaz Nağıyev,
“Gələcəyə İnamla” Tedris mərkəzi və Uşaq bağçasının rəhbəri