17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının tarixi Zəfərinin, doğma torpaqlara qayıdışın və Qarabağda başlanan yeni həyatın rəmzidir. 2026-cı ildə Füzulinin işğaldan azad olunmasının altıncı ildönümünü qeyd edirik. Altı il əvvəl qazanılan hərbi Qələbə bu gün genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə davam edir. 1993-cü ildə […]
Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyasını xeyli artırıb. Konstitusiya.az xəbər verir ki, bu fikirlər Azərbaycana qarşı aparılan hibrid hücumlarla […]
Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib
Oktyabrın 16-da mədəniyyət naziri Adil Kərimli Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində vətəndaşlarının müraciətlərini dinləyib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Füzuli, Ağdam və Xocavənd rayonlarından olan sakinlər müraciət və təkliflərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub. Mədəniyyət […]
Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi
AQEM-in Bakıda keçirilən 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin bəzi Qərb institutlarını kəskin tənqid etməsi onların fəaliyyətinə açıq və prinsipial qiymət verilməsi ilə məhdudlaşmırdı. Çıxışda Azərbaycanın nə üçün Qlobal Cənuba üstünlük verdiyi diqqətə çatdırılmaqla yanaşı, ciddi xəbərdarlıq da səsləndirilirdi. İlk növbədə, anaxronizm və atavizm kimi anlayışlarla səciyyələndirilən qurumlara xəbərdarlıq edilirdi ki, mövcud yanaşmalarını davam etdirəcəkləri […]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Elnur Sultanov Stokholmdakı Kral Sarayında baş tutan rəsmi mərasimdə etimadnaməsini İsveç Kralı XVI Karl Qustava təqdim edib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını İsveç Kralı XVI Karl Qustava çatdıran səfir iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. […]
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Konstitusiya.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırladı. Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin […]