21 Avqust 2026
DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev regionlarda vətəndaş qəbulunu davam etdirir.
DSMF-dən AZƏRTAC-a verilən məlumata görə, o, bu dəfə Tovuzda rayon sakinləri ilə görüşüb.
Görüşdə vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, təqaüd, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.
Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün DSMF-nin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.