Tusk: Polşa Şengen zonasından çıxmaqla bağlı referendum keçirməyəcək

Polşa Şengen zonasından çıxmaqla bağlı referendum keçirmək niyyətində deyil.

Konstitusiya.az xarici mediaya istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk keçmiş hökumət başçısı Mateuş Moravetskinin ideyasını şərh edərkən söyləyib.

Tusk “TVP Info” tərəfindən yayımlanan mətbuat konfransında jurnalistin sualına cavab olaraq “Xeyr, Şengendən çıxmaq məsələsi ilə bağlı referendum olmayacaq”, – deyə bildirib.