Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım. Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Sizi Azərbaycan Respublikasının hərtərəfli inkişafına, ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına, əhalinin rifahının yüksəldilməsinə, eləcə də beynəlxalq arenada dövlətinizin nüfuzunun möhkəmləndirilməsinə həsr olunmuş misilsiz xidmətlər göstərən görkəmli dövlət […]

“Biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki,  sevincli günləri görə bilirik”.  

“Düşünürəm ki, biz milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin çox güclü müdafiəsi və eyni zamanda, qeyd etdiyim ölkələrlə yaxşı iş münasibətləri arasında balansı tapa bilmişik. Qonşularımızla münasibətlər prioritetdir, çünki biz regionda yaşayırıq. Lakin, eyni zamanda, bizə daha böyük gündəlik lazımdır. Çünki Azərbaycan coğrafi nöqteyi-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqteyi-nəzərindən […]

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar arzulayıram. Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır. Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi töhfələrinizi minnətdarlıq hissi ilə qeyd etmək istərdim. Şadam ki, ölkələrimiz arasında mövcud olan […]

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkə iqtisadiyyatı böyük inkişaf yolu keçib. Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçısı İlham Əliyevin inamla davam etdirdyi sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə taleyüklü məsələlərin həllini mümkün edib. Cənab Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət […]

D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq

Azərbaycan dekabrın 19-da növbəti diplomatik uğura imza atdı. Belə ki, Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində ölkəmiz yekdilliklə D-8 təşkilatının üzvü seçildi. Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir. […]

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident, Əziz Qardaşım, 19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Türkiyə Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Ölkəmizin D-8-ə qəbul olunmasının təşkilatın gücləndirilməsinə xidmət edəcəyi ilə bağlı sözlərinizə […]